Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib. Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

Göyçayda taxıl sahəsi və nar bağında güclü yanğın oldu

Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağı yanıb.

Hazırda yanğın davam edir. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun qarşısını almaq üçün tədbirlər görülür.

AzNews.az