Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla (üz örtüyü - "Report") iştirakı qadağan edən qanun qəbul edib. Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla (üz örtüyü - "Report") iştirakı qadağan edən qanun qəbul edib.

Norveçdə niqab qadağan edildi

Norveç parlamenti hökumətin təklifi ilə ölkənin bütün təhsil müəssisələrində tədrisdə niqabla (üz örtüyü - "Report") iştirakı qadağan edən qanun qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Norveçin Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadağa bu ilin avqustunda qüvvəyə minəcək və tələbələrə, məktəblilərə və müəllimlərə şamil ediləcək. Bu qayda qısamüddətli və başqa şəraitlərdə həmin müəssisələrə gələnlərə tətbiq edilməyəcək.

Qeyd edək ki, bu il mayın sonunda Danimarka parlamenti də hökumətin ictimai yerlərdə baş örtüyü ilə üzün gizlədilməsinin qadağan olunması barədə təklifini təsdiqləyib. Həmin qayda avqustun 1-dən qüvvəyə minəcək.

AzNews.az