- Köhnə - Dünya
- 7 İyun 2018 16:28
- 3 784
Hollandiya kraliçasının bacısı ölmüş vəziyyətdə tapıldı
Hollandiya kraliçası Maksimanın bacısı İnes Sorreqyeta Argentinanın paytaxtı Buenos Ayres şəhərində ölmüş vəziyyətdə tapılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat verib.
Hollandiya hökumətinin nümayəndəsi onun ölüm faktını təsdiqləyib.
Bəyanatda Hollandiya kraliçası Maksimanın bacısı İnes Sorreqyetanın iyunun 6-da gecə saatlarında vəfat etdiyi və meyitinin öz yaşadığı evdə aşkarlandığı bildirilib. Qeyd edilib ki, kraliçanın bacısının 32 yaşı var idi.
AzNews.az