- Köhnə - Dünya
- 9 İyun 2018 10:18
- 3 290
"Taliban" terrorçuları üçgünlük atəşkəs elan edib
Əfqanıstan hökumətindən sonra "Taliban" hərəkatı da Ramazan Bayramı münasibətilə üçgunlük atəşkəs elan edib.
Bu barədə "Report" Əfqanıstanın "Pajhwok" agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, iyunun 7-də Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani müqəddəs Ramazan ayının başa çatması ilə bağlı "Taliban"la müvəqqəti atəşkəs elan edib. Atəşkəs iyunun 11-dən 19-dək davam edəcək.