- Köhnə - Dünya
- 9 İyun 2018 17:25
- 3 534
Putin Poroşenko ilə telefonla danışdı
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Petr Poroşenko ilə telefon danışığı aparıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov da təsdiqləyib. Onun sözlərinə görə, telefon danışığının təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev iki ölkə liderinin baş tutan telefon danışığı barədə informasiya yaymışdı.
AzNews.az