Türkiyədə daha 5 terrorçu məhv edildi

Şırnakda PKK terror təşkilatına qarşı davam edən əməliyyatda beş terrorçu məhv edildi.

Yerli icra hakimiyyətindən verilən məlumata görə, Bestler Dereler bölgəsində 8 İyun tarixində başlanan Çavuş Mustafa Kozak əməliyyatı davam edir.

Hava hücumu nəticəsində atəşə məruz qalan 5 PKK terrorçusu məhv edildi. Ümumi əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların sayı 19-a çatdı. Bölgədə əməliyyat davam edir.

AzNews.az