“Taliban” Əfqanıstan hakimiyyətinin təklifini qəbul etmədi

Bu gün "Taliban" Hərəkatı Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq barədə təklifini qəbul etmədiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə "France-Presse" agentliyi "Taliban" Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mocahedə istinadən məlumat yayıb.

"Taliban" nümayəndəsi bildirib ki, atəşkəs rejimi bu axşam başa çatır, atəşkəs rejimini uzatmaq arzuları yoxdur.

Qeyd edək ki, iyunun 7-də Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı münasibəti ilə iyunun 12-dən iyunun 19-dək birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq "Taliban" iyunun 15-dən başlayaraq 3 günlük atəşkəs elan edib.

Dünən Əfqanıstan prezidenti "Taliban" Hərəkatı ilə atəşkəs rejiminin müddətinin uzadılacağını bəyan etmişdi.

AzNews.az