Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq. Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

Bütün hücumlara hazır olmalıyıq - Litva prezidenti

Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri Litva prezidenti Dalya Qribauskayte Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litva dövlətinin başçısı bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücü NATO-nun gücünü 10 dəfə üstələyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirləri qəbul etməyib. O, “Euronews” telekanalına müsahibəsində deyib ki, bu fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.

AzNews.az