- Köhnə - Dünya
- 26 İyun 2018 16:54
- 4 362
Kraliça “Brexit” haqqında qanunu təsdiqlədi
Böyük Britaniya kraliçası II Elizabet "Brexit" haqqında qanun layihəsini qəbul edərək ona qanun statusu verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni qanun 2019-cu il martın 29-da Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra tətbiq olunacaq.
"İcmalar Palatasını məlumatlandırmaq istərdim ki, Ülyahəzrət Böyük Britaniyanın Aİ-dən çıxması haqqında qanunu təsdiqləyib", - Britaniya parlamentinin Aşağı Palatasının sədri Con Berkou çərşənbə axşamı bildirib.
Britaniya parlamentinin Lordlar Palatası Birləşmiş Krallığın Aİ-dən çıxması ilə bağlı qanun layihəsinin hökumət versiyasını iyunun 20-də sadə səs çoxluğu ilə təsdiqləyib.
AzNews.az