ABŞ İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda ümid edir ki, digər ölkələr də Vaşinqtonu dəstəkləyəcək. ABŞ İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda ümid edir ki, digər ölkələr də Vaşinqtonu dəstəkləyəcək.

Heyli İranı “daha bir Şimali Koreya” adlandırıb

ABŞ İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda ümid edir ki, digər ölkələr də Vaşinqtonu dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Diplomat İranı Şimali Koreya ilə müqayisə edib:

"Biz ümid edirik ki, digər ölkələr də İrana təzyiqi davam etdirəcəklər, çünki İran bizim gözümüzdə daha bir Şimali Koreyadır".

N.Heyli əlavə edib ki, Vaşinqtonda İranın təhdid olduğundan əmindirlər.

AzNews.az