ABŞ-da qəzet redaksiyasına silahlı hücum - Ölənlər var

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində 5 nəfər ölüb, atəş açan şəxs saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Annapolis şəhərinin polis idarəsinin nümayəndəsi bildirib.

Hadisənin səbəbləri araşdırılır, şahidlərdən ifadələr götürülür.

AzNews.az