- Köhnə - Dünya
- 29 İyun 2018 12:13
- 3 119
Qırğızıstanda qarayara - 13 nəfər xəstəxanalıq oldu
Qırğızıstanın cənubunda qarayara xəstəliyi ilə əlaqədar 13 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, Səhiyyə İdarəsi onların xəstə ev heyvanının ətindən bu xəstəliyə yoluxduqlarının bildirib.
Hazırda həmin xəstələrin vəziyyətinin ağır olmadığı deyilir.
Qeyd olunur ki, son on il ərzində Qırğızıstanda 200-ə yaxın qarayara faktı qeydə alınsa da, onlardan heç biri ağır formaya keçməyib.
AzNews.az