- Köhnə - Dünya
- 30 İyun 2018 09:37
- 2 514
Çində baş verən yol qəzasında 18 nəfər ölüb
Çində baş verən ağır yol qəzasında 18 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sina" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Pekin-Honkonq magistral yolunda, Xunan vilayətində qeydə alınıb. Sərnişin avtobusunun digər avtomobillə toqquşması nəticəsində daha 14 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəbini araşdırır, təhqiqat aparılır.