Bərdədə ötən gecə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. Bərdədə ötən gecə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

Yol qəzası iki qardaşın həyatına son qoydu

Bərdədə ötən gecə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Əmirli kəndi ərazisində, “Hyundai” və “VAZ” 2107 markalı, 56 BG 837 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri Abışov Elvin Teyyub oğlu və onun qardaşı Abışov Təbriz Teyyub oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az