- Köhnə - Dünya
- 6 İyul 2018 12:00
- 3 120
Ukraynadakı təlimlərdə 3 hərbçi öldü
Ukraynanın Rovno vilayətində keçirilən hərbi təlimlər zamanı 3 hərbçi həlak olub.
Trend-in məlumatına görə, hadisə minaatanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində daha 9 hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
İnsidentdən sonra hərbi təlimlər dayandırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
AzNews.az