Afrikada 2 ölkə arasında 20 ildir davam edən müharibə bitib, sülh əldə olunub. Afrikada 2 ölkə arasında 20 ildir davam edən müharibə bitib, sülh əldə olunub.

20 ildir davam edən müharibə bitdi - Sülh elan olundu (Fotolar)

Afrikada 2 ölkə arasında 20 ildir davam edən müharibə bitib, sülh əldə olunub.

AzNews.az xəbər verir ki, bu barədə "Royters" agentliyi məlumat yayıb.

İyulun 8-də Efiopiyanın baş naziri Abih Əhməd iki Afrika dövləti arasında münaqişənin başladığı 20 il ərzində ilk dəfə Eritreya prezidenti İsayas Afeverki ilə görüşüb. Liderlər hava limanında görüşərək səmimi şəkildə qucaqlaşıblar.

Əhmədlə Afeverki sülh bağlayaraq iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin möhkəmələndirilməsi ilə bağlı razılığa gəliblər. Ölkələr səfirliklərin açılması və aviaəlaqənin bərpa olunması ilə də bağlı razılaşıblar.

Qeyd edək ki, Efiopiya və Eritreya arasında müharibə 1998-ci ildə başlayıb.

image description image description image description