İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb. İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.

Neft tankeri avtobusla toqquşdu: 16 ölü - İranda

İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.

APA-nın məlumatına görə, Sənəndəc terminalında neft tankerinin sərnişin avtobusu ilə toqquşmasının ardınca partlayış baş verib.

Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Yaralılar Sənəndəc xəstəxanasına yerləşdirilib.

Kürdüstan əyalətində 3 gün matəm elan olunub.

AzNews.az