ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlədiyini deyib. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlədiyini deyib.

"Putinlə görüş əla fikirdir" - Tramp

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlədiyini deyib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Brüsseldə NATO sammiti çərçivəsində mətbuat konfransı zamanı deyib.

O bildirib ki, V.Putinlə görüş proqramı zəngin olacaq: ”Görək, nə baş verəcək. Bu görüş səmərəli ola da bilər, olmaya da bilər. Amma fikrimcə, Putinlə görüş əla fikirdir”.

Qeyd edək ki, iki prezidentin görüşü iyulun 16-ı Finlandiyanın paytaxtı Helsinkidə planlaşdırılır.

AzNews.az