Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib. Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.

Gürcüstanda mədən qəzasında 4 nəfər ölüb

Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.

Trend-in məlumatına görə, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.