Yaponiyada isti hava səbəbindən 13 nəfər dünyasını dəyişib. Yaponiyada isti hava səbəbindən 13 nəfər dünyasını dəyişib.

Yaponiyada isti hava 13 nəfərin canını aldı

Yaponiyada isti hava səbəbindən 13 nəfər dünyasını dəyişib.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, ölkə ərazisinin böyük bir hissəsində 35 dərəcə selsidən yuxarı istilər qeydə alınıb. Kiotoda 38 dərəcə selsidən yuxarı istilik olub. Nəticədə yeddi nəfər dünyasını dəyişib. İsti hava səbəbindən qonşu prefekturalarda daha altı nəfərin öldüyü bildirlir.

Həmçinin, kütləvi şəkildə insanların xəstəxanalara yerləşdirilir. Bunun əsasən məktəblərdə təşkil edilən idman məşğələləri ilə bağlı olduğu qeyd olunur.

Belə ki, Şizuoka və Qifu prefekturalarında bir neçə məktəbli idman məşğələsindən sonra günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Anomal istilərin daha bir neçə gün davam edəcəyi bildirilir.

AzNews.az