Hindistanın Assam ştatında yaşayan, təqribən, 4 milyon insan ölkədə qalmaq hüququnu təsdiqləyən sənədi hökumət orqanlarına təqdim edə bilməyəcəyi halda deportasiya olunmaq riski ilə üzləşib. Hindistanın Assam ştatında yaşayan, təqribən, 4 milyon insan ölkədə qalmaq hüququnu təsdiqləyən sənədi hökumət orqanlarına təqdim edə bilməyəcəyi halda deportasiya olunmaq riski ilə üzləşib.

Hindistandan 4 milyon insan qovula bilər

Hindistanın Assam ştatında yaşayan, təqribən, 4 milyon insan ölkədə qalmaq hüququnu təsdiqləyən sənədi hökumət orqanlarına təqdim edə bilməyəcəyi halda deportasiya olunmaq riski ilə üzləşib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yenilənmiş qeydiyyat siyahıları ştatda bu qədər çox insanın yaşayışının qanuni olub-olmaması məsələsini araşdırmaqla bağlıdır. Siyahıların yenilənməsi ilk dəfə 1951-ci ildə qonşu Banqladeşdən qanunsuz miqrant axını yaşadıqdan sonra baş tutub.

Yerli hökumət orqanları Assam sakinlərini təşvişə düşməməyə çağırıb və siyahının yalnız ilkin xarakter daşıdığını, başqa sözlə, adı siyahıda olmayan şəxslərin bu mərhələdə həbs və ya deportasiya edilə bilməyəcəyini deyib.

AzNews.az