MHP (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı Türkiyə-ABŞ arasındakı rahib gərginliyi ilə bağlı açıqlama verib. MHP (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı Türkiyə-ABŞ arasındakı rahib gərginliyi ilə bağlı açıqlama verib.

“ABŞ hökuməti həddini çoxdan aşıb” - Dövlət Baxçalı

MHP (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı Türkiyə-ABŞ arasındakı rahib gərginliyi ilə bağlı açıqlama verib.

Aznews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Baxçalı “ABŞ hökuməti həddini çoxdan aşıb, sərhəd xəttini keçib, haqqındakı yalan və şayiələrin zirvəyə çatdığı rahib uğrunda müttəfiqliyi heçə sayıb” şəklində münasibət bildirib.

ABŞ-ın sanksiyalarına misli ilə cavab verməli, Türkiyəyə barmaq silkələyənlərə hədlərini bildirməli olduqlarını qeyd etmiş partiya sədri ABŞ-ın ağılını başına yığması və onları kiçildən məntiqsiz və məsuliyyətsiz davranışlardan çəkinməli olduqlarını vurğulayıb.

“Keşiş istəyən keşiş verməyə də hazır olmalıdır” demiş D.Baxçalı MHP-nin bütün oyunları gördüyünü və nə Türkiyə prezidentinin, nə də nazirlərin köməksiz olmadığını bildirib. MHP sədri bu işin sonuna qədər dövləti və hakimiyyəti dəstəkləyəcəklərini də qeyd edib.

Nurlan AĞA
Aznews.az