Ermənistanın Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub. Ermənistanın Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub.

Ermənistanda rəis rüşvət üstündə tutuldu

Ermənistanın Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat mərkəzi yayıb.

O, çağırışçıların hərbi xidmətdən möhlət alması üçün cinayət işlətməkdə ittiham olunur.

MTX-nin məlumatına əsasən, bu cinayətdə hərbi komissarlığın əməkdaşları, vasitəçilər, həkimlər və çağırışçılar iştirak ediblər. Massis şəhərinin bölməs rəisi S.B. hərbi xidmətdən möhlət almaq üçün 4 çağırışçıya saxta arayışı 7 min dollara “satıb”. Komissarlığın başqa bir keçmiş əməkdaşı mayor M.Q. isə möhlət təşkil etmək üçün hər çağırışçıdan 4 min dollar alıb. Məlum olub ki, daha 7 nəfər belə xidmətə görə ona 150 dollardan 4 min dollaradək rüşvət verib.

Hadisə ilə bağlı cinayət işi açılıb, Masis şəhərinin hərb komissarı, həkim və komissarlığın keçmiş əməkdaşı həbs olunub.

AzNews.az