İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadan kənarda olan hədəflərinə də hücum etməyə hazırlaşdıqlarını bildirib. İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadan kənarda olan hədəflərinə də hücum etməyə hazırlaşdıqlarını bildirib.

İsrail növbəti dəfə İranı hədələdi: “Xaricdəki hədəflərini də vuracağıq”

İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadan kənarda olan hədəflərinə də hücum etməyə hazırlaşdıqlarını bildirib.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, nazir bunu İsrail dövlət televiziyasına açıqlamasında deyib. “Biz yalnız Suriya torpaqları ilə kifayətlənməyəcəyik, hamı bilsin” - deyə, Liberman qeyd edib.

A.Liberman İranın hansı ölkələrdəki hədəflərini vuracaqları ilə bağlı isə açıqlama verməyib.

Qeyd edək ki, avqustun 30-da İsrail baş naziri Benyamin Netanyahu da Suriya və İrana aid hədəfləri vuracaqları ilə bağlı təhdid irəli sürmüşdü.

Nurlan AĞA
AzNews.az