- Köhnə - Dünya
- 3 Sentyabr 2018 17:58
- 4 019
Adnan Oktarın 23 gizli obyekti tapıldı: Qiymətli əşyalar...
Adnan Oktar qruplaşmasına aid Kandillidə yerləşən villanın yaxınlığındakı 23 qanunsuz tikili aşkarlanıb. Onların yıxılması üçün İstanbul bələdiyyəsi avqustun 1-də qərar verib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanunsuz tikililər haqqında uzun müddətdir araşdırma aparılır.
Bələdiyyənin sentyabrın 1-də yıxılması ilə bağlı qərar verdiyi tikililərlə bağlı istintaq idarəsi bir ay daha vaxt istəyib.
Təxirəsalmanın səbəbi olaraq binada qiymətli əşyaların aşkar olunması və təsnifatının aparılması göstərilib.
Nurlan AĞA
AzNews.az