- Köhnə - Dünya
- 3 Oktyabr 2018 07:20
- 6 660
Makron nazirin istefasını qəbul etdi

Fransa prezidenti Emmanuel Makron ölkənin DİN başçısı Jerar Kollonun istefasını qəbul edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, prezident Kollonun əvəzinə yeni nazir təyin olunana qədər onun vəzifələrini müvəqqəti icra edəcək şəxsi təmin etməyi baş nazir Eduard Filipə tapşırıb.
Qeyd olunur ki, daha öncə Makron Kollonun istefasını qəbul etməkdən imtina etmişdi.
AzNews.az