İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər. İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər.

Putinlə Ərdoğan ilin sonunadək yenə görüşəcəklər

İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər.

Bunu jurnalistlərə çərşənbə axşamı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə Suriya üzrə dördtərəfli sammitin keçirilməsi üzərində fəal iş gedir.

"Yaxın günlərdə hər dörd dövlət öz iştirakını təsdiq edəcəyi təqdirdə, bu sammitin keçirilməsi barədə razılıq əldə olunacaq. Rusiya görüşün İstanbulda keçirilməsinin tərəfdarıdır. İndi konkret tarixlər razılaşdırılacaq", - deyə Uşakov bildirib.(report.az)

AzNews.az