- Köhnə - Dünya
- 3 Oktyabr 2018 19:26
- 5 075
Türkiyə Suriyaya əlavə hərbçi göndərdi

Türkiyə Suriyanın İdlib bölgəsinə əlavə hərbi kontingent göndərib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyinin Suriya müxalifətindəki mənbələrə istinadən yaydığı məlumatda deyilir.
Məqsəd İdlibdəki müşahidə məntəqələrini gücləndirməkdir.
Bildirilir ki, türk hərbçiləri avtomobillərdə İdlibin şimalındakı sərhəd-keçid məntəqələrinin birindən keçiblər.
Hərbçilərdə yalnız atıcı silahlar olub.
AzNews.az