Mərkəzi Afrika Respublikasında üsyançıların lideri ölkə prezidenti seçilib Mərkəzi Afrika Respublikasında üsyançıların lideri ölkə prezidenti seçilib

Üsyançıların lideri prezident seçildi

Mərkəzi Afrika Respublikasında üsyançıların lideri ölkə prezidenti seçilib




Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" təşkilatından olan üsyançıların lideri Mişel Cotodiya ölkə prezidenti seçilib. APA-nın verdiyi xəbərə görə, onun dövlət başçısı vəzifəsinə təyin olunması barədə qərar Milli Keçid Şurası (MKŞ) tərəfindən yekdilliklə qəbul olunub. MKŞ-ya siyasi və ictimai təşkilatları təmsil edən 105 nümayəndə daxildir.

Mişel Cotodiyaya yaxın 18 ay müddətində seçkilər keçirmək həvalə olunub. O həmçinin təkrar seçilməsi üçün öz namizədliyini irəli sürməyəcəyinə söz verib. "Mən siz deyənləri edəcəm və özbaşınalığa yol verməyəcəm", deyə Mişel Cotodiyaya qeyd edib.

Aprelin 15-də Çadın Ncamena şəhərində MAR-la həmsərhəd dövlətlərin başçılarının görüşü keçiriləcək. Toplantıda Mişel Cotodiya və onun tərəfdarlarına qarşı mümkün tədbirlər müzakirə olunacaq.

"Seleka" təşkilatından olan üsyançılar Mərkəzi Afrika Respublikasında hakimiyyəti ötən ay ələ keçiriblər.

AzNews.az