Sülhməramlı kontingentin 7 hərbçisi öldürüldü - Sudanda

BMT və Afrika Birliyinin Darfurdakı missiyasının 7 hərbçisi Sudanın qərbindəki Darfur əyalətində patrula qarşı törədilmiş hücum nəticəsində öldürülüb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 17 sülhməramlı yaralanıb. Qeyd edək ki, bu hadisə missiya təsis olunduğu 2007-ci ildən bu günədək ən ciddi insidentdir. Ölən hərbçilərin milliyyəti açıqlanmır. Məlumata görə, hadisə baş verən əraziyə nəzarəti Tanzaniya hərbi birləşmələri həyata keçirir.

AzNews.az