“Aksent” qrupu ilə bağlı nə baş verib?

Məşhur "Aksent" qrupunun dünən Bakıda baş tutan konsertindən qabaq və konsertində yaşanan problemlərdə adı hallanan təşkilatçı Samir Xəttab məsələyə aydınlıq gətirmək məcburiyyətində qalıb.

AzNews.az-a daxil olan məlumata görə, təşkilatçı mətbuata açıqlamasında, sadəcə sifarişçi funksiyasını həyata keçirdiyini bildirib: "Akcent"in bookingini, yəni Bakı konsertini mən sifariş etmişəm. Konsertin təşkilatçısı isə Faiq Əli idi. Yəni təşkilatçılığı ona həvalə etmişdim ki, bu konserti təşkil etsin. Loru dildə desək, Booking şirkətinin vəzifəsi müğənnini alıb, müştəriyə satmaqdır. Mən sadəcə müğənnini alıb, müştəriyə satmışam. Mənim işim viza düzəltmək, təşkilaçılıq etmək deyildir. Vizanı düzəldə bilməyiblər, 7 gün qalmış mənə kömək üçün müraciət edildi. Mən də kömək məqsədiylə vizani düzəltmək üçün sənədləri təqdim etdim. Nəzərə alsaq ki, ən tez iki günə Xarici İşlər Naziriliyindən dəvətnaməni almaq olur və minimum 5 iş günü xarici ölkədəki səfirliyimizdə sənədlər qalmalıdı.

Burada belə bir sual yaranır, əgər viza alınmırdısa və mən bunu bacarmadımsa niyə qrupun rəhbəri və solisti Adrian Sinanın vizasi hazır idi? Bu səbəbi araşdıranda mənə səfirlikdən və nazirlikdən bildirdilər ki, sənədlər digər bir nazirlikdən hələ təsdiqlənməyib və ilk dəfə belə bir şeylə qarşılaşdıqlarını bildirdilər. Xatırladım ki, "Akcent"in bileti onun uçuşuna 7 saat qalmış alınıb qarşı tərəfdən. O günə qədər göndərdikləri elektron bilet dedikləri isə kəsilməmiş bilet imiş. Pulu ödənmədiyi üçün turizm agentliyi bileti ləğv etmişdi. Bu işin alınmamasını istəsəydim, heç biletlərin kəsilmədiyini xəbər etməzdim və sonra da deyərdim ki, "Akcent" gəlib aeroporta, orda bilinib ki, bilet kəsilməyib və sizin günahınız ucbatından gəlməyəcəklər. Bunun əvəzinə mən gecə ilə xəbər etmişəm ki, bileti kəsdirin, yoxsa bu iş ləğv olunacaq müqavilə əsasında."

Təşkilatçı tamaşaçıların narazılığına bir səbəb görmədiyini qeyd etdi:

"Guya konsertdə camaat narazı olublar ki, qrupun üzvü niyə tək gəlib. Tamaşaçı narazı olan olsaydı "Akcent" səhnəyə çıxan kimi hər kəs sevə-sevə "Akcent"lə birgə mahnıları oxumazdı. "Akcent" qrupuna gəldikdə bu qrupda yaranan gündən əsas solist və rəhbər Adrian Sina olub. Diqqətlə bu qrupu izləyənlər bilirlər ki, bek-vokalçılar dəfələrlə dəyişib. Deməli əsas müğənni gəlibsə bek-vokalçı olmasa da oxumaq olur. Hətta canlı oxudu bütün konserti. Təşkilatçılığa gəldikdə isə bu konsertin təşkilatçısı mən olmamışam. Aysel xanım ola bilər çox şeyi dəqiqliklə bilmir. Ona görə də bu cür danışıb. Mən öz işimi yerinə yetirmişəm. Əsas da odur ki, "Akcent" Bakıdan çox məmmun ayrıldı." Aşağıdakı videoda "Aksent" qrupunun rəhbəri Adrian Sina Samir Xəttaba öz təşəkkürünü bildirib.

Bahar
AzNews.az