“Google”dan təhlükəsizliklə bağlı açıqlama

"Google" son dövrdə mediada yayımlanan Gmail və istifadəçi məlumatlarının gizliliyi ilə bağlı xəbərlərə reaksiya verib.

Şərhdə: "İstifadəçilərimizin təhlükəsizliyi bizim üçün son dərəcə ciddi və əhəmiyyətli bir mövzudur. Son dövrdə bunun əksini iddia edən xəbərlər isə tamamilə yanlışdır. Gmail üçün inkişaf etdirdiyimiz təhlükəsizlik xüsusiyyətləri, sənayeyə liderlik edəcək dərəcədə yüksək səviyyədədir."- deyə bildirilir. Bundan başqa şirkət rəsmiləri bütün istifadəçilərin bir-birilərinə göndərdikləri şəxsi ismarışlarının təhlükəsizliyi üçün fasiləsiz çalışdıqlarını da xüsusi vurğulayıblar.

Əli Rais Hüseynli
AzNews.az