Çində güclü qasırğa: 321 min nəfər evakuasiya edildi

Çinin cənubunda tüğyan edən "Utor" qasırğası 4 nəfərin ölümünə, 4 nəfərin isə itkin düşməsinə səbəb olub.

APA-nın məlumatına görə, tufandan ümumilikdə 2,5 milyon nəfər zərər görüb, 321500 nəfər bölgədən təcili evakuasiya olunub. Güclü külək və aramsız yağışlar 173 min hektar əkin sahəsini yararsız vəziyyətə salıb, 4 minə yaxın ev uçub.

AzNews.az