Türkiyədən oğurlanan məzar daşları İngiltərədə hərraca çıxarılır

Osmanlı dövründə yaşamış türklərin məzar daşları İngiltərədə hərracla satılacaq.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Londondakı High Road Auctions adlı hərrac evi tərəfindən bu gün 17 -18-ci əsrə aid məzar daşları 300 və 600 Avro arasında başlayan qiymətlərlə satışa təqdim ediləcək.

Maraqlıdır ki, belə bir məlumatdan sonra o qəbir daşlarının oğurluq olması, özü də Türkiyədən oğurlanması müəyyən edilib. Türkiyənin Mədəniyyət Nazirliyinin sözcüsü Əli Serim, məzar daşlarının İstanbulun ən köhnə qəbiristanlığı olan Karacaahmetdən oğurlanaraq xaricə aparıldığını müəyyən etdiklərini bildirib.

İngiltərənin Qərbi London bölgəsində fəaliyyət göstərən "High Road Auctions" adlı hərrac evi, satışa çıxacaq olan tarixi əsərlər haqqında məlumatı www.highroadauctions.co.uk adlı internet saytından yayıb.
Bu saytda nəşr olunan məzar daşlarının biri 17-ci əsrə yaşamış Şərif Mustafa qızı Xədicə Xanıma digəri isə Əhməd Raifə aiddir.

http://www.highroadauctions.co.uk/

Əli Rais Hüseynli
AzNews.az