Obama: “Bu addım başqa ölkələrə də siqnal olacaq“

ABŞ qoşunları Suriyada heç bir quru əməliyyatı aparmayacaq.

Bunu prezident Barak Obama Ağ evdə Konqres üzvləri ilə keçirilən görüşündə bildirib.

Prezident Amerika xalqını buna əmin edib: "Mən xalqı əmin etmək istəyirəm ki, bizim ştab rəhbərlərinin hazırladığı hərbi plan proporsionaldır. O, məhdud xarakter daşıyır və quru əməliyyatını nəzərdə tutmur. Bu İraq və ya Əfqanıstan deyil. Bu addım təkcə Bəşər Əsəd rejiminə yox, həm də beynəlxalq normaları yoxlamaq istəyən başqa ölkələrə aydın siqnal olacaq".

Prezident bu məsələdə Konqreslə əməkdaşlığa hazır olduğunu da vurğulayıb: "Biz qətnamə layihəsini təqdim etmişik. Mən konqresmenlərin bu məsələyə dair dinləmələrə tətildən dərhal sonra, gələn həftənin əvvəlində başlayacaqlarını yüksək qiymətləndirirəm".

Elnarə
AzNews.az