Fələstinli ananın üsyanı- Foto

Fələstinli ana oğlunun da həlak olduğu məkanda çəkilmiş tikanlı məftillərə qarşı üsyan edir.

Onun üsyanı hayqırtı, göz yaşları, nalə və fəryad deyil.
Həmin qadın viran edilmiş evinin yerinə çəkilmiş tikanlı məftillərin kənarında kiçik bağça yaradıb.

Bağçadakı güllər tikanlı məftillərin arasındadır.
Gözyaşardıcı qaz kapsullarının içində...

İordan çayının qərb sahilində, Fələstinin paytaxtı Rəmalla şəhərinin yaxınlığındadır.

İsrailin işğal etdiyi bu ərazilərdə israillilərin paytaxtı Təl-Əvivin göstərişi ilə yeni yəhudi qəsəbəsi salınıb.

Bilin kəndində yaşayan qadın iki oğlunun qətlə yetirildiyi, bir zamanlar evinin olduğu məkandakı bağını "üsyan" sayır.

"Artıq heç nədən qorxmuram. Onların bizə atdıqları gözyaşardıcı qumbaraların korpuslarında çiçəklər əkdim, bağ saldım. Başımıza müsibətlər gətirənlər qoy, utansınlar", - iki oğlu şəhid olmuş fələstinli ana deyib.(milli.az)

AzNews.az