Sabiq spiker öldü

ABŞ Konqerssinin keçmiş spikeri demokrat Tom Foli 84 yaşında dünyasını dəyişib. ANS PRESS "BBC"yə istinadən bildirir ki, Foli Konqressdə ömrünün 30 ilini keçirib, bunun beş ilini aşağı palatanın spikeri olub.

1944-cü ildə o spiker olduğu halda təkrar seçilə bilməyib. Belə hal vətəndaş müharibəsindən sonra ABŞ-da ilk dəfə idi baş verirdi. Bill Klintonun prezidentliyi dövründə Tom Foli dörd il ABŞ-ın Yaponiyada səfiri işləyib.

Keçmiş konqressmenin arvadı bildirib ki, o, Vaşinqtondakı evində keçən il dekabrda keçirdiyi insultun ağırlaşması səbəbindən ölüb.

AzNews.az