Amerika təyyarəsi məcburi eniş etdi

AzNews.az ITAR-TASS-a istinadən xəbər verir ki, Amerika aviakompaniyasına məxsus Boinq 747 Sidney aeroportuna məcburi eniş edib.

Təyyarə hələ tam havaya qalxmamış təkərlər partlayıb. Pilotlar Los-Ancelesə uçmamağı, yanacağı tam işlədərək, qalxdıqları aeroporta enməyi qərara alıb. Layner iki saata qədər okeanın üzərində firlanıb və müvəffəqiyyətlə eniş edib. Xəsarət alan olmayıb.

Ali
AzNews.az