Polis 13 yaşlı uşağı güllələdi


Kaliforniya ştatının Santa-Roca şəhərində polis yanlışlıqla 13 yaşlı uşağı güllələyib. Şerif köməkçisi uşağın əlindəki oyuncaq silahı həqiqi hesab edərək ona atəş açıb.

Əvvəlcə şerif köməkçisi uşağa bir neçə dəfə dayanmağı əmr edib, ancaq uşaq buna məhəl qoymayıb. Bundan sonra uşağa tərəf atəş açan polis əməkdaşı yaxınlaşdıqda onun öldüyünü görüb. Yalnız bundan sonra onun əlindəki silahın oyuncaq olduğu məlum olub.

Uşağı yanlışlıqla öldürən polis əməkdaşı vəzifədən kənarlaşdırılıb, ancaq həbs edilməyib.

Elnur
AzNews.az