Gerard Araud: “Mən fikirləşirəm ki, missiya öz işini avqustun 19-da rəsmi olaraq dayandıracaq” Gerard Araud: “Mən fikirləşirəm ki, missiya öz işini avqustun 19-da rəsmi olaraq dayandıracaq”

Suriyanın Annandan sonrakı taleyi sual altında

Gerard Araud: “Mən fikirləşirəm ki, missiya öz işini avqustun 19-da rəsmi olaraq dayandıracaq”


Suriya ilə bağlı BMT və Ərəb Liqasının birgə sülhməramlı elçi missiyası Annanın istefasından sonra yenidən suallar yaratmağa başlayıb. ABŞ, o cümlədən BMT Annandan sonra izləniləcək siyasi xəttlə bağlı rəsmi açıqlama vermədilər. Bununla belə beynəlxalq mətbuatda Qərb və Rusiya arasında ittihamlar səsləndi və tərəflər bu istefaya görə bir- birini günahlandırmaqdan çəkinmədilər. AzNews.az euronews.com saytına istinadən Fransanın BMT –dəki səfiri Gerard Araudun fikirlərini işıqlandırır.

O bildirib ki, "Təhlükəsizlik Şurası bu ayın sonunda mandatı bitən sülhməramlı misyanın müddətini çətin ki, uzatsın:"Mən fikirləşirəm ki, missiya öz işini avqustun 19-da rəsmi olaraq dayandıracaq". O, hadisələrin gələcək inkişafı ilə bağlı missiyanın dayandırılmasından başqa mümkün ssenari görmədiyini deyib.

Qeyd edək ki, Annanın uğursuzluğuna bir çox obyektiv və subyektiv amillər səbəb oldu. Obyektiv amil kimi, Suriyada qızğın döyüşlərin getməsi, subyektivlər arasında isə Rusiya və Çinin Əsəd hakimiyyətinə dəstəyini göstərmək olar.


AzNews.az

Sadiq