Qayıq batdı – 12 ölü

Yunanıstanda qaçqınları aparan qayıq dənizdə batıb.

AzNews.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə ölkənin qərbində İon dənizində baş verib.

İtaliyaya gedən qaçqın qayığı Lefkada adası yaxınlığında batıb. Hadisə zamanı 12 nəfər boğulub, 15 nəfəri isə xilas etmək mümkün olub.

Qayığın batmasına səbəb təhlükəsizlik qaydalarına riayət edilməyərək, 8 metrlik şişirtmə qayıqla hərəkət etmələri olub.

Rəhim Qədirov
AzNews.az