Ağ ev Yanukoviçə çağırış etdi

ABŞ-ın vitse-prezidenti Cozef Bayden bazar ertəsi Ukrayna prezidentinə zəng edib, aksiya zamanı zorakılıq ehtimalından narahatlığını ifadə edib, həmçinin Ukrayna liderini müxalifətlə dialoqa başlamağa çağırıb.

"Vitse-prezident vəziyyətin eskalasiyasını dərhal dayandırmağın və Ukrayna irəliyə doğru necə hərəkət etməlidir konsensusun tapılması üzrə müxalifət liderləri ilə dialoqa başlamağın zəruriliyini vurğulamışdır", - Ağ evin məlumatında deyilir.

"Bayden Ukraynanın Avropa istiqamətdə ABŞ-ın qəti dəstəyini təsdiqlədi və bu yola prezident Viktor Yanukoviçin sadiqliyini alqışladı", - Ağ evdən dəqiqləşdirilib.

Bayden həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun və dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevə səfərini alqışlayıb.(trend)