Qatar yoldan çıxdı, ölənlər var - FOTO

Fransa Alpında qatarın relsdən çıxması nəticəsində ən azı iki nəfər dünyasını dəyişib. ANS PRESS "BBC"yə istinadən bildirir ki, daha bir neçə adam yaralanıb.

Yanğın söndürənlərin məlumatına görə, iki vaqondan ibarət qatar Nissadan Din-le-Ben şəhərinə gedirmiş. Birinci vaqon dəmir yolu xəttindən kənara çıxıb.

İlkin məlumata görə, qatarın qəzasına səbəb relslərin üzərinə düşmüş daş olub. Hadisə yerində xilasedicilər işləyir.


AzNews.az