Obama fövqəladə vəziyyət elan etdi


ABŞ-da yağan güclü qar 6 ştatda fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, Virciniya, Merilend, Şimali və Cənubi Korolina, Missisipi ştatlarında qubernatorlar fövqəladə vəziyyət elan edib. Corciya ştatında isə bu barədə qərarı prezident Barak Obama verib.

Məktəblər bağlanıb, dövlət müəssisələri qısa iş rejiminə keçib. Aeroportlarda ümumilikdə 1000-dən çox təyyarə reysi təxirə salınıb.

Sakinlərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub.
Qeyd edək ki, yanvarın sonunda qarlı- covğunlu hava şəraiti ölkədə 13 nəfərin öülümünə səbəb olub.

Elnur
AzNews.az