Yanukoviçin istefa xəbəri özü tərəfindən təkzib olundu - VİDEO, YENİLƏNİB

"İstefa vermirəm, sona qədər mübarizə aparacam"

Ukrayna prezidenti Yanukoviçin istefa verməsi ilə bağlı xəbər onun özü tərəfindən təkzib olunub. Televiziya vasitəsi ilə çıxış edən Yanukoviç deyib ki, istefa vermək fikrində deyil, sonuna qədər mübarizə aparacaq. Onun hazırda Xarkov şəhərində olduğu da bildirilir.

Prezident V.Yanukoviçin teleçıxışının məzmunu: "Mən əlimdən gələni etdim ki, ölkədə qan tökülməsin. Mən dünən gec saatlarda Xarkova gəldim. Heç kimə heç nə deyə bilmədim.
Çünki islər çox idi. Hər dəqiqə xaricdən zəng gəlirdi. Her kəslə danismaq lazim idi. Mən bura tərəfdaşlarımı görməyə gəldim. Mən istəmirəm ki, ölkədə qan axsın. Mən öz tərəfdaslarımı qorumaq məcburiyyətindəyəm. Məni və bizi banditler izləyir. Həyatım təhkukədədir. İnanıram ki, düzgün qərarlar qəbul olunacaq. Tərəfdarlarım mənə zəng edirlər. Onlara dedim ki, həyatımız təhlükədədir. Bizim icimizdə satqınlar varıydı. Məni içıridən də satdılar. Hazirda partiyamız böyük itkilər verib. Alman fasistlərinin 30-cu ildə hakimiyyətə gəldilər və başladılar, evləri yandırmağa... Indi mənim tərəfdaslarımın da evləri yandırılıb. Bu, məni narahat edir. Təhkukə var. Indi biz say olaraq, azaldiq. Amma yenidən güc toplayıb, gələcəkdə hakimiyyətə yenə gəlmək fikrimiz var. Qorxmuram, mən bu ölkənin qanuni seçilmiş prezidentiyəm. Ölkəmi tərk etməyəcəm".(Musavat.com)