- Köhnə - Dünya
- 18 Mart 2014 20:37
- 3 668
ABŞ Suriya ilə diplomatik münasibətləri dayandırıb

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters" agentliyi ABŞ-ın Suriyadakı xüsusi elçisi Daniel Rubinstaynın bəyanatında deyilir.
Bundan başqa, ABŞ-ın Suriyadakı səfirliyinin və konsulluqlarının fəaliyyəti dayandırılıb.
Suriyanın ABŞ-dakı səfirliyinə, habelə Miçiqan və Texasdakı konsulluqlarına ölkəni tərk etmək göstərişi verilib.
Rubinstaynın sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd tərəfindən təyin olunmuş şəxslərin ABŞ ərazisində fəaliyyət göstərməsi yolverilməzdir.
AzNews.az