Rokfeller: “Əkiz qüllələrə hücumu biz təşkil etdik“

Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının səkkizinci hissəsi dünya dövlətlərinin idarə edilməsi ilə bağlıdır.

"Axar.az" xəbər verir ki, Rokfeller dünyanın bütün ölkələrinin rəhbərlərini nəzarət altında saxladıqlarını bildirib. Rokfeller vəziyyətin nəzarət altından çıxdığı halda terror hadisələrini dövrəyə saldıqlarını deyib: "Avropa ölkələrində yaradılan İtaliya Qladiosuna bənzər kəşfiyyat təşkilatları sayəsində bütün ölkələrin rəhbərliklərini nəzarət altında saxlamalıyıq. İstanbuldakı sinaqoqlara edilən hücumlar və Madriddəki qatarların bombalanması bu ölkələrə bizim istəklərimizi görməzlikdən gəldiklərini xatırlatmaq üçün edilirdi. Nyu Yorkdakı Əkiz qüllələr, Pentaqona hücum, Kenya və Səudiyyə Ərəbistandakı bombalanma hadisələri isə tamamilə bizim planlarımız istiqamətində icra edildi. Mən "Dünyada əl atmadığımız başqa ölkə qaldımı görəsən?" deyə düşünürdüm". Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da Dünya Ticarət Mərkəzinin əkiz binalarına və Pentaqona teraktlarla bağlı bu cür etiraf illərdən bəridir dilə gətirilən şübhələri bir daha artırdı. Hələ o zaman teraktları ABŞ-ın özünün təşkil etdiyi söylənir və dünyada yeni işğala haqq qazandırmaq üçün bu addımı atdığı ehtimal edilirdi.

AzNews.az