- Köhnə - Dünya
- 16 May 2014 18:10
- 3 951
Viktor Yanukoviç həbs olunacaq
ANS PRESS-in məlumatına görə, Nalivayçenko keçmiş prezidentin xoşluqla Baş Prokurorluğa gəlməsini qeyd edib. Onun sözlərinə görə, istintaqdan yayınmaq Yanukoviçin işini daha da çətinləşdirəcək.
"İlk növbədə o, dərhal Baş Prokurorluğun sorğu-sualına gəlməlidir. Yanukoviçə xalq məhkəməsi keçiriləcək və ona hökm oxunacaq. Tezliklə haqq-ədalət bərpa olunacaq, o, həbs ediləcək", - deyə Valentin Nalivayçenko bildirib.
Qeyd edək ki, uzun müddət kənarda olan Viktor Yanukoviç mayın 12-də Luqansk və Donetsk bölgələrində keçirilən referenduma şərh bildirmək üçün yenidən üzə çıxmışdı.