26 ölkənin iştirak etdiyi konfransa İran qatılmadı - VİDEO

Fransada İŞİD-ə qarşı mübarizəyə həsr olunan və 26 ölkənin iştirak etdiyi konfransa İran qatılmayıb.



ANS TV-nin məlumatına görə, konfransla bağlı İranın dini lideri Ayətulla Əli Xamneyi qeyd edib ki, Birləşmiş Ştatların dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə İŞİD-lə mübarizədə yardım üçün müraciət edib. Lakin İran bu əməkdaşlığı qəbul etməyib.

Budan sonra isə Birləşmiş Ştatlar İranın koalisiyada yeri olmadığını açıqlayıb. İranın söz sahibi olan dini lideri onu da söyləyib ki, bu icazəni şəxsən o, verməyib.

"Çünki onların əlləri və niyyətləri kirlidir", Xamneyi bu gün xəstəxanadan evə buraxIarkən belə açıqlama verib.



AzNews.az