- Köhnə - Dünya
- 17 Sentyabr 2014 08:15
- 2 282
150 maşın toqquşdu
Hollandiyada ağır avtonəqliyyat qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, Zelandiya vilayətində qeydə alınan qəza zamanı 150 avtomobil bir-birilə toqquşub. Qəzada 2 nəfər ölüb, onlarla insan xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti nisbətən ağır hesab olunur.
Məlumata görə, qəzaya səbəb havanın dumanlı olması olub. Sürücülər görüş məsafəsinin 3 metrə qədər daraldığını bildiriblər.
AzNews.az